Şolts Əliyev və Paşinyanla görüşmək istəyir

Şolts Əliyev və Paşinyanla görüşmək istəyir

Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel oktyabrın 5-də İspaniyanın Qranada şəhərində keçiriləcək Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Azərbaycan və Ermənistan liderləri arasında hələ də görüş təşkil etməyə çalışır.

Modern.az xəbər verir ki, bunu təşkilatın yüksək vəzifəli nümayəndəsi Brüsseldə jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, hazırda örüş haqqında danışmaq tezdir.

"Sabah axşama qədər aydın olacaq”, - diplomat deyib.

Onun sözlərinə görə, Avropa İttifaqı Bakı-İrəvan münasibətlərinin normallaşmasında irəliləyişə nail olmaq üçün Ermənistan, Azərbaycan, o cümlədən Fransa, Almaniya və Avropa İttifaqı Şurasının iştirakı ilə “2+3” formatında görüş təşkil etmək istəyir.

Cebhe.info