Son 10 gündə 360 nəfər ölüb

İsrail ordusunun Qəzza zolağına son 10 gündə həyata keçirdiyi hücumlarda 360 fələstinli həyatını itirib.
"Cebhe.info" xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin 262 gündür Qəzza zolağında həyata keçirdiyi hücumun nəticəsi ilə bağlı məlumat verilib. İsrail qüvvələrinin Qəzzanın müxtəlif bölgələrində son 24 saatda həyata keçirdiyi hücumlarda 28 nəfər həyatını itirib, 66 nəfər isə yaralanıb. İsrail ordusunun son 10 gündə Qəzzaya təşkil etdiyi hücumlarda 360 nəfər həyatını itirib.
İsrailin 7 oktyabr 2023-cü ildə Qəzzaya başlatdığı hücumlarda ölənlərin sayı 262 gündə 37 min 626, yaralıların sayı isə 86 min 98-ə yüksəlib.
Açıqlamada dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğu, lakin tibb qruplarının və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyi də açıqlanıb.
Nigar Hacılı
"Cebhe.info"