Tələbələr qələbə qazandı: Universitetdə dərslər onlayn olacaq

Tələbələr qələbə qazandı: Universitetdə dərslər onlayn olacaq

Bir çox tələbə Kolumbiya Universitetinin kampusunda oturaq etiraz aksiyası təşkil edib.

"Cebhe.info" xəbər verir ki, ABŞ-nin Nyu-York şəhərindəki Kolumbiya Universitetinin rəhbərliyi Qəzza etirazları ilə əlaqədar sabahdan etibarən dərslərin onlayn keçiriləcəyini açıqlayıb. ABŞ-nin və dünyanın ən prestijli universitetlərindən biri olan Kolumbiyanın Manhetten şəhərciyində bir müddətdir davam edən Qəzza etirazları universitetinin rəhbərliyini arzu edənlərin dərslərini onlayn davam etdirə bilməsi barədə qərar verməsinə səbəb olub. Universitet rəhbərliyinin Qəzzaya dəstək aksiyaları nəticəsində təhlükəsizlik problemi ilə bağlı universitetə gəlmək istəməyən tələbələrin onlayn dərslərdə iştirak edə biləcəyi bildirilib. Onlarla üzvünün saxlanılmasına baxmayaraq kampusu tərk etməyən Qəzza Həmrəylik Düşərgəsi sözügedən qərarı universitet rəhbərliyinə qarşı "daha bir qələbə" kimi qiymətləndiriblər. 

Nigar Hacılı 
"Cebhe.info"