Tramp ABŞ-nin bu ölkələrdəki konsulluqlarını bağlayır

Tramp ABŞ-nin bu ölkələrdəki konsulluqlarını bağlayır

ABŞ Prezidenti Donald Trampın administrasiyası Dövlət Departamentinin xərclərini azaltmaq məqsədilə dünya üzrə bir neçə konsulluqları bağlaya bilər. 

“Cebheinfo.az” xəbər verir ki, bu barədə “NBC” öz mənbələrinə istinadən məlumat yayıb.

Bu, Sakit Okean adaları, Kanada və Meksikadakı, eləcə də Avropadakı, xüsusilə də  Almaniya və Fransadakı konsulluqlara aiddir.

Lakin Dövlət Departamenti konsulluqlardan onların fəaliyyəti ilə bağlı məlumat istəyib. 

Yanvarın 20-də Trampın andiçmə mərasimindən sonra İlon Mask tərəfindən idarə olunan Hökumətin Səmərəliliyi Departamenti ABŞ-ın büdcə xərclərinin genişmiqyaslı auditinə başlayıb. 

Ümumilikdə, iş adamı dövlət xərclərini 2 trilyon dollar azaltmağı planlaşdırır.

Müşfiq Abdulla 
“Cebheinfo.az”