Tramp Fransada Zelenski ilə görüşəcək?

Fransa Prezidenti Emmanuel Makron, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcək.
Xarici KİV xəbər verir ki, görüş Fransanın məşhur "Yelisey" sarayında baş tutacaq.
Ukrayna Prezidenti Volodimir Zelenski və Donald Trampın ikitərəfli görüş keçirib-keçirməyəcəyi isə hələlik mətbuata açıqlanmayıb.
"Cebheinfo.az"