Türkiyə yenə maskaya qayıdır

Türkiyə yenə maskaya qayıdır

Türk Təbiblər Birliyi (TTB) Hatay Erzin Dövlət Xəstəxanasının baş həkimi Ersin Mahmutluoğlunun koronavirus səbəbilə vəfatından sonra vətəndaşlara müraciət edib.

Cebhe.info xəbər verir ki, qurumun həkimin ölümü ilə bağlı yaxınlarına başsağlığı ifadə edilən açıqlamada vətəndaşlara tibbi maskadan istifadə etmək tövsiyə olunub:

Bildirilir ki, koronavirusun yeni "Eris" ştamına qarşı yüksək qoruma ilə peyvəndlərin tətbiqi ən qısa zamanda edilməlidir:

"Əl yuma vərdişlərinə riayət etmək, ictimai yerlərin təmizliyini təmin etmək, qapalı və izdihamlı yerlərdə, səhiyyə müəssisələrində maskalardan istifadə etmək, dəqiq məlumatların şəffaf şəkildə paylaşılması kimi ictimai sağlamlıq tədbirləri həyata keçirilməlidir. Unutmayın, maska bizi və yaxınlarımızı qapalı mühitlərdə qoruyacaq".

Xatırladaq ki, Hatay Erzin Dövlət Xəstəxanasının baş həkimi Ersin Mahmutluoğlu müalicə aldığı Adana Şəhər Xəstəxanasında COVID-19 infeksiyası səbəbilə vəfat edib.

Günay Şahmar
Cebhe.info