Türkiyədə 21 Mart Bahar və Qardaşlıq Bayramı elan edilə bilər

Türkiyədə 21 Mart Bahar və Qardaşlıq Bayramı elan edilə bilər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan martın 21-nin Türkiyədə rəsmi olaraq Bahar və Qardaşlıq Bayramı elan edilməsini təklif edib.

“Report”un məlumatına görə, Türkiyə lideri bu barədə Ankarada Novruz bayramı münasibətilə təşkil olunan tədbirdə bildirib.

Ərdoğan vurğulayıb ki, yaxın vaxtlarda Türkiyə parlamentinə müvafiq qanun layihəsi təqdim etmək niyyətindədir.

Ərdoğan çıxışında həmçinin türk dünyası ölkələrini Novruz bayramı münasibətilə təbrik edib.

“Cebheinfo.az”