Türkiyədə GMO toxumları qadağan edildi 

Türkiyədə GMO toxumları qadağan edildi 

Toxum Sənayeçiləri və İstehsalçıları Alt Birliyi (TSÜAB) sədri Yıldıray Gençer Türkiyənin xalis toxum ixracatçısı olduğunu deyərək, GMO toxumlarının istehsalı, ixracı və idxalının qadağan edildiyini vurğulayıb.

"Cebheinfo.az" xəbər verir ki, Yıldıray Gençer iftarda mətbuat mənsubları ilə bir araya gələrək sektorla bağlı bəzi məsələlərə toxunub. “Toxum bitki istehsalının qızıl açarıdır”,- deyən Gencer  toxum sektorunun güclü strukturuna diqqət çəkib:

“Biz təkcə öz toxumumuzu istehsal etmirik, 100-dən çox ölkəyə toxum ixrac edirik. 2007-ci ildə 38 faiz olan toxum sektorunda ixrac-idxal nisbəti 2016-cı ildə 76 faizə yüksəldi. BU gün ixracatımız 96 min tona çatıb. Dəyəri isə 338 milyon dollardır”. 

Genetik Dəyişdirilmiş Orqanizmin (GMO) məhsullarının idxalı və istehsalının Türkiyədəki qanunla qadağan edildiyini vurğulayıb:

"Ölkəmizdə GMO-lu bir toxumun istehsalı, ixracı, idxalı, ticarəti ola bilməz. Çox vaxt hibrid vər GMO toxumunu qarışdırırlar. Hibrid, geni dəyişdirilmiş kimi hesab edilir. Ancaq hibrid tamamilə təbiidir". 

Gençer, ciddi nəzarət və tədbirlərlə heç bir viruslu, xəstə toxumun Türkiyəyə girə bilməyəcəyini də vurğulayıb. Dünya Toxum Konqresinin mayın 19-21-də İstanbul Konqres Mərkəzində keçiriləcəyini də bildirən Gençer konqresə 2000-dən çox toxum sektoru nümayəndələrinin qatılacağını və bunun türk toxumçuluq sektorunu bütün dünyaya tanıtmaq üçün bir fürsət olacağını söyləyib. 

Nigar 
"Cebheinfo.az"