Türkiyədə ölkəboyu antiterror əməliyyatı keçirilir

Türkiyədə PKK terror təşkilatına qarşı “Kahramanlar” adlı antiterror əməliyyatına başlanılıb.
Cebhe.info “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin daxili işlər naziri Ali Yerlikaya açıqlayıb.
Məlumata görə, ölkəboyu 18 vilayətdə keçirilən əməliyyatda indiyədək 67 nəfər saxlanılıb.
ümumilikdə bir neçə qurumun əməkdaşlarının iştirak etdiyi əməliyyata 13 440 personal cəlb olunub.
Cebhe.info