Tuskdan Rusiya və İrana sərt mesaj
Polşanın baş naziri Donald Tusk deyib ki, İranın Rusiya Federasiyasına raketlər verməsi ilə bağlı xəbərlərdən sonra Qərbdən Ukraynaya daha intensiv yardım olmalıdır.
"Cebheinfo.az" xəbər verir ki, Tusk bu barədə Vroslavda keçirdiyi brifinqdə danışıb.
O, Ukraynanın daha yaxşı təchiz edilməsinin və Ukrayna səmasını mümkün qədər effektiv şəkildə qoruya bilməsinin Polşanın təhlükəsizliyinin maraqlarına cavab verdiyini bəyan edib:
"Çünki bu, Polşanın hava məkanını da qoruyur".
Jurnalist Donald Tuskdan Vladimir Putinin Ukrayna Silahlı Qüvvələrinin Rusiyaya uzaqmənzilli silahlarla hücumlarının Qərb ölkələrinin müharibədə bilavasitə iştirakı demək olacağı barədə bəyanatına münasibət bildirməsini istəyib. Polşa baş nazirinin sözlərinə görə, Putinin sözlərinə və təhdidlərinə o qədər də əhəmiyyət vermək olmaz və onun bəyanatı cəbhədə Rusiya qüvvələri üçün çətin vəziyyətin sübutudur.
“Rusiyanın müttəfiqlərindən daha çox raket aldığına dair məlumatlar var, bu dəfə söhbət İranın təhvil verdiyi 200 raketdən gedir”, - deyə Tusk qeyd edib:
“Dünən ABŞ dövlət katibi cənab Blinkenlə uzun söhbətim oldu, biz digər liderlərlə daim təmasdayıq və deməliyəm ki, bu məsələdə Qərbin həmrəyliyi daha çox diqqəti cəlb edir”.
"Cebheinfo.az"