Ukrayna çətin durumda: Pulu kəsilir, silah verilmir

Ukrayna çətin durumda: Pulu kəsilir, silah verilmir

ABŞ-ın Ukraynaya maliyyə yardımı nəzərdə tutulmayan büdcə layihəsini qəbul etməsindən iki gün sonra Avropa İttifaqı silah ehtiyatlarının qıtlığını elan edib.

Cebhe.info xəbər verir ki, bunu “Politico” qəzeti Avropa rəsmilərinə istinadən yazır. Məlumata görə, Brüssel bildirib ki, Aİ bundan sonra Kiyevə öz ehtiyatlarından silah ayırmağa davam edə bilməz.

Qəzet yazır ki, Brüssel, Aİ ölkələri öz təhlükəsizliklərinə xələl gətirmədən əllərindən gələni etdilər.

KİV-in məlumatına görə, Qərb ölkələri Kiyevin silah tələbatını ödəmək üçün istehsal xətlərini kifayət qədər genişləndirməyib. Eyni zamanda, Aİ Ukraynaya “güclü ictimai və siyasi dəstəyi” hələ də saxladığına əmin edir.

“Teleqraf” qəzeti isə yazır ki, Londonun Kiyevə verə biləcəyi silahları tükənib:

“Böyük Britaniya ödəyə biləcəyi qədər verdi”.

Eyni zamanda, ABŞ administrasiyası Avropa silah ehtiyatlarının 18 aylıq gərgin döyüşlərdən sonra sənaye miqyasında tükəndiyini və Ukraynaya verilənlərin miqyasını nəzərə alsaq, bunun gözlənilən olduğunu bildirib.

Artıq ABŞ Prezidenti Co Bayden ABŞ-ın 45 günlük büdcə layihəsini təsdiqləyib və bu layihədə Ukraynaya yardım nəzərdə tutulmayıb. Sənəd Konqresin hər iki palatası tərəfindən təsdiqləndikdən dərhal sonra təsdiqlənib. Layihəyə yalnız hökumət maliyyəsi və fəlakət qurbanlarına dəstək daxil olub Ukraynaya yardım nəzərdə tutulmayıb.

Bundan əvvəl Senatdakı çoxluq və Nümayəndələr Palatasındakı azlıq Ukraynaya 24 milyard dollar əvəzinə 6 milyard dollar yardım nəzərdə tutan müvəqqəti büdcənin qəbul edilməsini və işin noyabrın 17-dək uzadılmasını təklif etmişdi. Bununla belə, ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Kevin Makkarti Ukraynaya yardım üçün vəsaitin bu qanun layihəsindən çıxarılmasının lehinə çıxış edib. Eyni zamanda, Pentaqon Ukraynaya təhlükəsizlik yardımı üçün demək olar ki, bütün mövcud maliyyənin tükəndiyinə dair xəbərdarlıq edib.

Xəzər
Cebhe.info