Ukrayna və Rusiya gizli danışıqlar aparır - İddia
“Rusiya Federasiyası rəsmiləri Ukrayna prezident Volodimir Zelenski və Ağ Evin etirazlarına baxmayaraq, Gerasimov-Zalujnı müstəvisində gizli sülh danışıqlar aparırlar”.
Yenisabah.az xəbər verir ki, bu iddia ilə amerikalı jurnalist Seymur Herş çıxış edib.
Onun sözlərinə görə, tərəflər son dövrlər cəbhədəki əməliyyatlarda uğur əldə etmədikləri üçün gizli yollarla masaya oturmaq qərarına gəliblər.
Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələrinin komandanı olan Valeri Zalujnı bu yaxınlarda verdiyi müsahibədə döyüşlərin cəbhədə dalana dirəndiyini və əks-hücum əməliyyatının istənilən tempdə aparılmadığını bildirmişdi.
Cebhe.info