Vatikan dəfn mərasimində protokolu pozdu

Vatikan protokolu pozaraq, Ukrayna Prezidenti Volodimir Zelenskiyə Papa I Fransiskin dəfn mərasimində ABŞ Prezidenti Donald Tramp və Fransa Prezidenti Emmanuel Makronla birlikdə birinci sırada oturmağa icazə verib.
“Cebheinfo.az” xəbər verir ki, bunu Britaniyanın “The Telegraph” qəzeti yazır.
Ukraynada sülh danışıqlarında irəliləyiş olacağı gözləntiləri fonunda Volodimir Zelenski həyat yoldaşı Olena Zelenska ilə Romaya gəlib.
Oval kabinetdəki qalmaqaldan sonra ilk danışıqlarda Trampla qısa görüşdükdən sonra Ukrayna lideri Müqəddəs Pyotr meydanında oturarkən gurultulu alqışlarla qarşılanıb.
Britaniya mediası yazır ki, Vatikan liderlərin əksəriyyətinin ölkələrinin adına uyğun oturduğu və dövlət və ya hökumət başçısı olmasından asılı olmayaraq, mərasimdə Zelenskinin diqqət mərkəzində olmasını təmin etmək üçün xüsusi tədbirlər görüb.
Nəşrin qeyd etdiyi kimi, qaydalar dünya liderlərindən protokolların tərtib olunduğu ənənəvi diplomatiya dili olan fransız dilində ölkələrinin adına uyğun əlifba sırası ilə oturmağı tələb edirdi.
Ukrayna Prezidenti kimi Zelenski üçüncü sırada və ya daha da geridə oturacağını gözləyəyirdi. Əvəzində o, sağında oturan Trampdan 11 yer uzaqda, ön sırada oturdulub. Vatikan protokol qaydalarının pozulduğunu inkar etməyib.
Zelenski və Tramp arasında Hindistan, Macarıstan, Qabon prezidentləri, Makron və həyat yoldaşı Bridget, həmçinin Finlandiya prezidenti Aleksandr Stubb da olub.
Xəzər
“Cebheinfo.az”