Vitali Balasanyan üzə çıxdı və “asıb-kəsdi”

“Mən Azərbaycanla 2022-ci ilin sonuna qədər danışıqlar apardım. Danışıqlar zamanı onlar heç nə tələb etmədilər”.
“Cebhe.info”-nun məlumatına görə, özünü buraxdığını elan etmiş Qarabağdakı qondarma rejimin “Təhlükəsizlik Şurasının keçmiş katibi” Vitali Balasanyan jurnalistlərə açıqlamasında belə deyib.
O qeyd edib ki, indi onların Azərbaycanla heç bir əlaqəsi yoxdur. Əlaqəni Ermənistan hökumətinin, siyasi hakimiyyətinin başçısı saxlamalıdır.
“Qoy Nikol Paşinyan inkar etsin ki, mən bir dəfə deyil, 11 dəfə müraciət etmişəm, xidmət etməyə, mənə tapşırılanı yerinə yetirməyə hazır olduğumu bildirmişəm”, -deyə Vitali Balasyan bildirib.
Müşfiq Abdulla
“Cebhe.info”