Vyetnamda uçqun: Ölənlər var

Vyetnamda uçqun: Ölənlər var

Vyetnamın Ha Giang bölgəsində mikroavtobusun uçqun altında qalması nəticəsində ən azı 8 nəfər həyatını itirib, 4 nəfər isə yaralanıb.

"Cebhe.info" xəbər verir ki, bu barədə "Vietnam News" saytı məlumat yayıb.

İlkin məlumata görə, mikroavtobusda biri uşaq olmaqla 8 nəfər ölüb, 4 yaralı isə xəstəxanaya çatdırılıb.

Hadisə ilə bağlı axtarış-xilasetmə işlərinin davam etdiyi bildirilib.

Nigar Hacılı 
"Cebhe.info"