Xankəndidə qalan separatçılar kimlərdir? - SİYAHI

Xankəndidə qalan separatçılar kimlərdir? - SİYAHI

İrəvanda nəşr olunan “Hraparak” qəzeti keçmiş qondarma rejimin nümayəndələrindən kimlərin Xankəndidə qaldığını yazıb.

Cebhe.info-nun məlumatına görə, separatçıların Azərbaycana qarşı qanlı cinayət törətmiş əksər nümayəndələrinin Xankəndini tərk edə bilmədiyi qeyd edilir.

Nəşrin yazdığına görə, Xankəndidə keçmiş qondarma rejimə vaxtilə rəhbərlik etmiş Bako Saakyan, Arkadi Qukasyan və Araik Arutyunyan hazırda Qarabağda qalıb.

Bundan başqa özünü qanunsuz erməni silahlı birləşmələrinin keçmiş komandirləri və generalları, “parlament”in üç müxalifət fraksiyasının bütün deputatları da Azərbaycan ərazisindədir.

Xocalı qatili Samvel Babayan Xankəndidəki keçmiş qondarma parlamentin sədrinin müavini Qaqik Baqunts və deputat Hor Sarkisyan istisna olmaqla bütün partiyadaşları ilə birlikdə İrəvandadır.

Keçmiş oyuncaq qurumun sonuncu rəhbəri Samvel Şahramanyan və onun bütün komandasının demək olar ki, bütün üzvləri Xasnkəndidədir.

Qeyd edək ki, sentyabrın 28-də Azərbaycan polis qüvvələri Xankəndi şəhərinə daxil olub. Ona görə də adlarıçəkilən şəxslərin qısa zamanda hüquqi məsuliyyətə cəlb ediləcəyi gözlənilir.

Müşfiq Abdulla
Cebhe.info