Yaponiyadan Zelenskiyə çağırış: Putinlə danışıqlara...

Yaponiyanın parlamentinin yuxarı palatasının deputatı Munéo Sudzuki Ukrayna rəhbərliyini vəziyyətlərini düzgün qiymətləndirməyə, aqressiv ritorikadan imtina etməyə və Rusiya ilə danışıqlara razılıq verməyə çağırıb.
"Cebheinfo.az" xəbər verir ki, Sudzuki əks halda Ukraynanın İkinci Dünya müharibəsinin sonlarında Yaponiyanın taleyini təkrarlaya biləcəyini bldirib.
"İstəməzdim ki, Ukrayna Yaponiyanın taleyini yaşasın. Ukrayna öz vəziyyətini düzgün anlamalı, yersiz bəyanatlardan çəkinməli və sakit, ardıcıl şəkildə danışıqlara getməlidir", - deyə Sudzuki şəxsi bloqunda yazıb.
Yaponiyalı senator Ukrayna Prezidenti Volodimir Zelenskini də tənqid edib.O vurğulayıb ki, Zelenski "uca səslə bəyanatlar verir", halbuki yaxşı anlayır ki, "Ukrayna təkbaşına qələbə qazanmaq gücündə deyil".
Sudzuki həmçinin bir daha Ukraynadakı indiki vəziyyəti İkinci Dünya müharibəsinin sonlarında Yaponiyanın qarşılaşdığı durumla müqayisə edib.
"80 il əvvəl bir qrup yapon hərbçisi xalqı ABŞ-yə qarşı “sonuncu əsgərə qədər döyüşməyə” və “qadınlarla uşaqları bambuk nizələri ilə hücuma göndərməyə” təhrik etdi. Bu isə sonda faciəvi nəticələrə gətirib çıxardı", - deyə o qeyd edib.
Xatırladaq ki, bundan öncə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin Ukrayna ilə heç bir ilkin şərt olmadan danışıqları bərpa etməyə hazır olduğunu bəyan edib.
Səbinə Uğur
"Cebheinf.az"