Yoluxma artır: Çin dünyanı sakitləşdirir
Çində kəskin respirator xəstəliklərə yoluxma halları kəskin artıb.
Artıq Ümumdünya Səhiyyə Təşkilatı bununla bağlı Çindən izahat tələb edib.
Cebhe.info xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbinin sözlərinə görə, vəziyyətə baxmayaraq, narahatlığa əsas yoxdur. Onun sözlərinə görə, əcnəbilər Çinə səyahət etməkdən narahat olmasınlar:
“Çində səyahət etmək və iş görmək təhlükəsizdir, bu barədə narahat olmağa ehtiyac yoxdur".
Öz növbəsində, Çin Xalq Respublikasının Gigiyena və Səhiyyə üzrə Dövlət Komitəsinin əməkdaşı Mi Fenq qeyd edib ki, son vaxtlar xəstələnən insanlarda qrip, rinovirus, mikoplazma pnevmoniyası, respirator sinsitial virus və adenovirus aşkarlanıb.
ÜST artıq Çin hakimiyyət orqanlarından uşaqlarda tənəffüs xəstəliklərinin artması ilə bağlı əlavə məlumat istəyib.
Bundan əvvəl dünyada növbəti pandemiyaya səbəb ola biləcək virusun aşkar edildiyi bildirilirdi.
Xəzər
Cebhe.info