Zəlzələdə ölənlərin sayı yüzə yaxınlaşır - YENİLƏNİB 2

Zəlzələdə ölənlərin sayı yüzə yaxınlaşır - YENİLƏNİB 2

Çin Mərkəzi Televiziyası yerli hakimiyyət orqanlarına istinadən xəbər verir ki, Çinin cənub-qərbindəki Tibet Muxtar Bölgəsində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 95 nəfərə çatıb.

“Saat 15:00-a olan məlumata görə, Tinqri qraflığında baş verən zəlzələ 95 nəfərin ölümü ilə nəticələnib”,- məlumatda deyilir.

Daha 130 nəfər xəsarət alıb. Bundan əvvəl 53 nəfərin öldüyü, 62 nəfərin xəsarət aldığı bildirilirdi.

Bu gün yerli vaxtla saat 9:05-də Tibet Muxtar Vilayətinin Şiqatse qraflığının Tinqri dairəsində 6,8 bal gücündə zəlzələ baş verib. Epidemiya on kilometr dərinlikdə yerləşir. Zəlzələdən sonra seysmoloqlar 49 yeraltı təkan qeydə alıblar.

09.29

Çinin cənub-qərbində yerləşən Tibet Muxtar Rayonunda (TMR) baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı artır. İndiyə olan məlumata görə, 53 nəfər həlak olub, 62 nəfər yaralanıb.

"Cebheinfo.az” xəbər verir ki, bu barədə “Xinhua” məlumat yayıb.

08.55

Çinin cənub-qərbində yerləşən Tibet Muxtar Rayonunda (TMR) güclü zəlzələ nəticəsində ölənlərin sayı 32-yə çatıb, 38 nəfər xəsarət alıb.

“Cebheinfo.az" xəbər verir ki, bu barədə “Xinhua” məlumat yayıb.

ABŞ Geoloji Xidmətinin məlumatına görə, Nepal sərhədində TMR-də 7,1 bal gücündə zəlzələnin baş verib. Zəlzələnin episentri təxminən 80 min əhalisi olan Şiqadze şəhərindən 163 km cənub-qərbdə, ocağı isə 10 km dərinlikdə yerləşib.

Xəzər

"Cebheinfo.az"