Zibil balonu Cənubi Koreya prezidentinin ofisinə düşdü

Şimali Koreyadan göndərilən zibil balonu Cənubi Koreyada prezident ofisinin binasına düşüb.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Cənubi Koreya mediası balonların heç bir zərər vermədiyini bildirib.
Balonlar yerə endikdən sonra kimyəvi reaksiya qrupları dərhal hərəkətə keçib.
Cənubi Koreyanın Seul şəhərinin mərkəzində yerləşən prezident sarayı çoxlu sayda hərbçi tərəfindən qorunur və uçuşlar qadağan olunan zonadır.
May ayından bəri Pxenyanın havaya buraxdığı minlərlə zibil daşıyan balondan biri ilk dəfə birbaşa bu əraziyə düşüb.
Nigar Hacılı
"Cebheinfo.az"