"Anar müəllim üçün narahat olanlar...": Rəşad Məcid
Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar Rzayevin təkərli oturacaqda çəkilmiş fotosu yayılıb.
"Cebheinfo.az" xəbər verir ki, Mətbuat Şurasının sədri Rəşad Məcid müzakirələrə səbəb olan həmin görüntü ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib.
Həmin paylaşımı təqdim edirik:
“Bu, Anardır! Azərbaycanın qürur duyacağı böyük şəxsiyyət!
88 yaşında da kübar, sağlam, yaddaşı yerində, yazıb-yaradan, səfərlərə gedən, yorulmadan çalışan Anar.
Bu şəkil 3 noyabrda Azərbaycan Milli Elmlər Akademiyasının yubileyindən çıxanda çəkilib. Akademik Zemfira Səfərova AMEA-nın yubiley medalıyla təltif olunmuşdu. Anar kübarcasına həyat yoldaşının qoluna girib maşına sarı gəlirdi."
"Cebheinfo.az"


