Akif Nağı namizədliyini irəli sürüb

Azad Vətən Partiyasının (AzVP) sədri Akif Nağı deputatlığa namizəd olub.
"Cebhe.info" xəbər verir ki, o, namizədliyini 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsindən irəli sürüb.
A.Nağı bildirib ki, 30 il ərzində Qarabağ Azadlıq Təşkilatına rəhbərlik etdiyinə görə namizədliyini Qarabağın bir hissəsindən verilməsi həm də simvolik məna daşıyır.
Partiyanın seçki qərargahından bildiriblər ki, bu günə qədər Akif Nağı ilə yanaşı, 54 saylı Mingəçevir seçki dairəsindən Tacəddin Əyyubov, 114 saylı Şəki şəhər seçki dairəsindən Elxan Rəhimov, 98 saylı Bərdə-Tərtər seçki dairəsindən Gəray Əsədov, 73 saylı Masallı-Cəlilabad seçki dairəsindən Zaur Ələkbərov, 112 saylı Zaqatala seçki dairəsindən Polad Soltanov, 22 saylı Nəsimi-Yasamal seçki dairəsindən Ramil Şirinov, 31 saylı Suraxanı 2-ci seçki dairəsindən Vidadi Şirəliyev, 10 saylı Binəqədi 3-cü seçki dairəsindən Tağı Kazımov, 25 saylı Nizami 2-ci seçki dairəsindən Bəhmən Ədilov, 100 saylı Göygöl-Daşkəsən-Kəlbəcər seçki dairəsindən Nadir Məmmədov, 119 saylı Ağdam seçki dairəsindən Maya Quliyeva və digərlərinin namizədliyi irəli sürülüb. Namizədlərin irəli sürülməsi prosesi davam edir. "
Cebhe.info"