Ararat Mirzoyan ATƏT-in toplantısında iştirak edir

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Şimali Makedoniyanın paytaxtı Skopyedə işgüzar səfərdədir.
Cebhe.info xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan sosial şəbəkədə bildirib.
Onun sözlərinə görə, Ararat Mirzoyan ATƏT Xarici İşlər Nazirləri Şurasının 30-cu sessiyasında iştirak edəcək.
“Səfər zamanı ikitərəfli görüşlər də planlaşdırılır”, - deyə o yazıb.
Cebhe.info