Aynur Talıbova ABŞ vətəndaşı oldu

Aynur Talıbova ABŞ vətəndaşı oldu

Keçmiş ANS TV-nin aparıcısı Aynur Talıbova Amerika vətəndaşı olub.

OLAY yazır ki, uzun müddətdir ABŞ-də yaşayan Aynur rəsmi vətəndaşlıq əldə edib.

Bu barədə o, özü məlumat yayıb. A. Talıbova “Təntənəli and içdim, mən indi Amerika Birləşmiş Ştatlarının vətəndaşıyam”, - deyə, vurğulayıb.

Qeyd edək ki, aparıcı uzun illər öncə həyat yoldaşı Simran Baxışla ABŞ-yə köçüb. 

"Cebheinfo.az"