Azərbaycanda deputatı saxta pulla ALDATDILAR

Azərbaycanda deputatı saxta pulla ALDATDILAR

Milli Məclisdə saxta pullarla bağlı məsələ qaldırılıb.

Modern.az xəbər verir ki, bu barədə parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Ziyad Səmədzadə danışıb.

O, rayona səfəri zamanı üzləşdiyi hadisəni ictimailəşdirərək, Mərkəzi Bankın rəhbərliyindən tədbirlər görülməsini xahiş edib.

“Bu yaxınlarda mən bir məsələyə şahid oldum, istədim Taleh müəllimə zəng edim. Rayonların birində bir neçə yerdə mağazalarda ayrıca bölmə var ki, saxta pulların buraxılması ilə məşğuldurlar. Rayonda nəvəmə 20 manat verdim ki, bir şey alsın. Sonra gördüm ki, mənə 450 manat pul verdilər.

Pulların üstünə baxanda gördüm ki, “etibarzısdır” yazılıb. Gənclər, uşaqlar var, onları aldada bilirlər. Bu sahədə nə qədər pul var ki, belə yollara əl atırlar? Bunlara nəzarət olunmalıdır”, - deyə deputat bildirib.

Cebhe.info