Bakı, Moskva və Tehran Şimal-Cənub dəhlizi üçün yeni işçi qrupu yaradacaq

Azərbaycan, İran və Rusiyanın nümayəndələri Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində yükdaşımaları üzrə işçi qrupun yaradılması barədə razılığa gəliblər və Rusiya – Azərbaycan və Azərbaycan – İran sərhədlərində sərhəd və gömrük terminallarına baxış keçiriblər.
Bu barədə ekspertlərin işçi qrupunun yaradılmasına həsr edilmiş görüşündə Rusiyanın nümayəndə heyətinin tərkibində iştirak etmiş Dağıstan hökumətinin Rusiyanın İrandakı ticarət missiyasındakı nümayəndəsi Andrey Tanayev TASS-a bildirib.
“Biz Dərbənddə Rusiya, Azərbaycan və İran nümayəndə heyətləri arasında ekspertlər səviyyəsində üçtərəfli görüş keçirdik və “İran Astarası”, “Azərbaycan Astarası”, “Cənub Azərbaycan Astarası”, “Tagirkent-Kazmalyar”, “Yaraq-Kazmalyar” məntəqələrinin daxil olduğu gömrük və sərhəd məntəqələrinə baxış keçirdik”, – agentliyin həmsöhbəti deyib.
"Cebhe.info"