Basarkeçərdə sakinlər yolu bağladı

“Cəmiyyətdə böyük çaxnaşma var, insanlar Vardenisi (Basarkeçər) tərk etməyi düşünürlər”.
“Cebhe.info” xəbər verir ki, bunu fevralın 12-də etiraz aksiyası zamanı sakinlərdən biri deyib.
“Əgər belə deyilsə, açıq şəkildə desinlər və xalqı arxayınlaşdırsınlar. Burada morqu, sanitar-epidemioloji məntəqəni yığışdırdılar, indi pasport stolunu da götürmək istəyirlər. İnsanlar çaxnaşma içindədirlər, amma sakit otururlar. Biz bu məsələni siyasiləşdirmək istəmirik, tələbimizi təqdim etməyə gəlmişik. Biz Nikolu bunlardan qurtulmaq üçün seçdik və o, indi nə edir, Vardenisi viran qoyur? Artıq kəndlər boşdur, hər kənddə 50 bağlı qapı göstərəcəyəm”, - deyə etirazçılardan biri bildirib.
Qeyd edək ki, fevralın 12-si səhər saatlarından etibarən Vardenis şəhəri və Qeqarkunik rayonunun qonşu kəndlərinin sakinləri şəhərə gedən əsas yolu bağlayıblar. Onlar pasport şöbəsinin fəaliyyətinə dəstək aksiyası təşkil ediblər.
“Məsələ burasındadır ki, Basarkeçər və Çəmbərək icmalarının pasport xidmətləri bağlanmağa hazırlaşır. Geqarkunik rayonunun bütün pasport xidmətlərinin Martuni icmasının pasport xidmətinə qoşulması planlaşdırılır”,-deyə erməni mətbuatı yazıb.
Xəzər
“Cebhe.info”