Erməni müxalifəti hökumət binasını mühasirəyə almağa HAZIRLAŞIR

Erməni müxalifəti hökumət binasını mühasirəyə almağa HAZIRLAŞIR

Ermənistan müxalifəti bu gün saat 10:00-da hökumət binasını mühasirəyə alamağı planlaşdırı.

Cebhe.info xəbər verir ki, bunu Ermənistanın keçmiş baş naziri Vazgen Manukyan bildirib.

O deyib ki, müxalifət hökumətin bu günə olanlaşdırlan iclasının baş tutmasına imkan verməyəcək.

“Buna imkan verməmək bizim borcumuzdur”, - Manukyan vurğulayıb.

Keçmiş baç nazir daha sonra əlavə edib:

"Mən xalqımızı geniş itaətsizlik aksiyalarına, tətillərə, dərsləri boykot etməyə, küçələri bağlamağa çağırıram. Amma polislə davaya girməyə ehtiyac yoxdur. Bu toqquşma bizə heç nə vermir, sadəcə olaraq xalqın gücü qarşısında müqavimət göstərə bilməməlidirlər. Bu, bizim məqsədimizdir”.

Cebhe.info