Həcc ziyarəti zamanı 577 zəvvar həyatını itirib

Səudiyyə Ərəbistanına Həcc ziyarəti zamanı həyatını itirən zəvvarların sayı 577-yə çatıb.
"Cebhe.info" xəbər verir ki, bu barədə “Frans Press” (AFP) agentliyi mənbələrə istinadən məlumat yayıb.
Adının açıqlanmasını istəməyən iki ərəb diplomat bildirib ki, ölənlərin 323-ü misirli, 60-ı iordaniyalıdır.
Çərşənbə axşamı Misirin Xarici İşlər Nazirliyi Qahirənin Həcc ziyarəti zamanı itkin düşən misirlilərin axtarışı ilə bağlı Səudiyyə rəsmiləri ilə əməkdaşlıq etdiyini bildirib.
Bu il isə 23 Türkiyə vətəndaşı müqəddəs torpaqlarda həcc ziyarətini yerinə yetirərkən dünyasını dəyişib.
Səudiyyə rəsmiləri isti stressdən əziyyət çəkən 2000-dən çox zəvvarı müalicə etdiklərini bildirdilər.
Səudiyyə Ərəbistanı Milli Meteorologiya Mərkəzi bazar ertəsi Məkkədəki Məscidül-həramda temperaturun 51,8 dərəcəyə çatdığını bildirib.
Həcc ziyarəti, o cümlədən Ərəfat dağındakı dualar, əsasən gün ərzində saatlarla çöldə qalmağı əhatə edir.
Səudiyyə rəsmilərinin məlumatına görə, bu il Həcc ziyarətinə təxminən 1,8 milyon zəvvar qatılıb, onlardan 1,6 milyonu əcnəbidir.
Qeyd edək ki, Azərbaycandan bu il Həcc ziyarəti üçün nəzərdə tutulan qiymətdə 669 manat artım olub. Belə ki, keçən il üçün ziyarət qiyməti 9 106 manat təyin edilmişdi. Bu il isə qiymət 9 775 manat təşkil edir.
Nigar Hacılı
"Cebhe.info"