Nazir: “Ayrı-ayrı məktəblərdə pul yığılır”
Elm və təhsil naziri məktəblərdə bayram ərəfəsində pul yığımı məsələsinə münasibət bildirib.
"Cebheinfo.az" verir ki, Elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında bunun ayrı-ayrı məktəblərdə baş verdiyini deyib.
"Ayrı -ayrı məktəblərdə baş verdikdə müvafiq şəkildə vətəndaş şikayəti olur. Hər bir hal araşdırılır və bununla bağlı məlumat verilir " - deyə nazir qeyd edib.
"Cebheinfo.az"