Ordumuz Canyataqdakı erməni mövqelərini bu silahla məhv edib

Ordumuz Canyataqdakı erməni mövqelərini bu silahla məhv edib

Sentyabrın 19-da başlayan və 24 saatdan az davam edən antiterror tədbirləri zamanı Azərbaycan ordusu Tərtər rayonunun Canyataq kəndində yerləşən separatçılara məxsus döyüş mövqeyinə dəqiq zərbə endirib.

Cebhe.info xəbər verir ki, Türkiyə mətbuatı Azərbaycan Müdafiə Nazirliyinin yaydığı videolara əsaslanaraq qeyd olunan döyüş mövqeyinin hansı silahla vurulduğunu müəyyən edib.

Əsasən hərbi məlumatlar yayan "Defensehere" nəşri yazıb ki, Canyataqdakı hərbi mövqelər Türkiyə istehsalı olan "Karqu" kamikadze tipli pilotsuz uçuş aparatı (PUA) ilə vurulub. PUA-nın qalıqlar Müdafiə Nazirliyinin yaydığı videoda görünüb.

Qeyd edək ki, "Karqu" kamikadze PUA-ları Türkiyənin STM şirkəti tərəfindən istehsal edilib. Saatda 72 kilometr sürətlə hərəkət edən silah 3 kilometrə yaxın məsafədəki hədəfləri dəqiqliklə məhv edə bilir. Azərbaycan ordusu bu PUA-dan İkinci Qarabağ müharibəsi zamanı Şuşanın azad edilməsi əməliyyatında istifadə edib.

Cebhe.info