Prezidentin xüsusi nümayəndəsi Yevlax görüşündən danışdı

Prezidentin xüsusi nümayəndəsi Yevlax görüşündən danışdı

“Yevlaxda aparılan danışıqlar Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanmasına gətirib çıxara bilər”.

Cebhe.info xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov “Sky News Arabia” telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, görüşdə Qarabağ ermənilərinin reinteqrasiyası formatları müzakirə olunub:

“Düşünürük ki, bu dialoq Ermənistan və Azərbaycan arasında sülh prosesinə müsbət təsir göstərə bilər. İki ölkə onilliklərlə davam edən böhran və düşmənçiliyə son qoyacaq sülh müqaviləsini müzakirə etməyə başlayıb”.

Cebhe.info