Vasif Talıbov istefa ərizəsi yazıb

Vasif Talıbov istefa ərizəsi yazıb

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovun istefa ərizəsi yazması barədə məlumat yayılıb. 

Cebhe.info xəbər verir ki, bu barədə xəbəri Müsavat TV yayıb.

Xəbərdə bildirilir ki, Ali Məclisin sədrliyindən istefa verməsi ilə bağlı ərizə ilə yanaşı, Talıbov yaxınlarına mesajlar da ünvanlayıb.

Xatırladaq ki, son günlər Naxçıvanda korrusiya və rüşvətxorluğa qarşı aparılan mübarizə tədbirləri çərçivəsində bir sıra yüksək vəzifəli şəxslərin həbs olunması barədə məlumatlar var.

Cebhe.info