24 yaşlı qadın pomidor turşusundan zəhərləndi

Goranboy rayon sakini, 2001-ci il təvəllüdlü X. Bayramova zəhərlənmə diaqnozu ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Modern.az-ın məlumatına görə, onun pomidor turşusundan zəhərləndiyi iddia edilir.
TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, 03.04.2025-ci il tarixində saat 02:10 radələrində 2001-ci il təvəllüdlü şəxs (qadın cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.
Dəqiqləşdirilməmiş mənşəli qastroenteritlər və kolitlər, botulizm şübhəsi diaqnozları təyin edilən pasiyentə zəruri tibbi yardım göstərilib.
Hazırda Reanimasiya şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti orta ağırdır.
"Cebheinfo.az"