42 minlik ziyanla bağlı cinayət işi açıldı

42 minlik ziyanla bağlı cinayət işi açıldı

Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində İsmayıllı, Ağcabədi və Lerik rayonları ərazilərində qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Aparılmış araşdırmalarla İsmayıllı rayonu Tircan kəndində, Ağcabədi şəhəri ərazisində yerləşən “üzeyir Hacıbəyli təsərrüfatı” adlanan ərazidə dövlət mülkiyyətində olan pay torpağında meşə fonduna daxil olmayan, Regional Meşə Təsərrüfatı Mərkəzinin Lerik rayonu ərazisində meşə fonduna daxil olan ümumilikdə 341 ədəd ağac və kolun kəsilməsi, habelə təbii fəlakət nəticəsində aşmış 32 ədəd müxtəlif cinsli ağacların gizli olaraq talanması nəticəsində təbiətə 42 min manatdan çox ziyanın dəyməsi müəyyən edilib.

Qeyd edilən faktlara görə Cinayət Məcəlləsinin 177.1 (oğurluq), 259.1 (qanunsuz ağac kəsmə) və 259.2.4-cü (qanunsuz ağac kəsmə) maddələri ilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.

Cebhe.info