Bakıda “Kalaşnikov” satmaq istəyən şəxs tutuldu - FOTO

Bakıda “Kalaşnikov” satmaq istəyən şəxs tutuldu - FOTO

Yasamal rayonunda “Kalaşnikov” avtomatı və 30 ədəd patron satmaq istəyən şəxs saxlanılıb.

Cebhe.info DİN-ə istinadla xəbər verir ki, bu, əvvəllər məhkum olunmuş, 1967-ci il təvəllüdlü Yevlax rayon sakini Şakir Şadmanovdur.

O, Yasamal rayonu ərazisində saxlanılıb. Üzərinə baxış zamanı 1 ədəd “Kalaşnikov” markalı avtomat, 30 ədəd patron və daraq aşkar edilərək götürülüb.

Araşdırma zamanı izahati alınan Ş.Şadmanov avtomatı bir müddət əvvəl əldə etdiyini və satmaq məqsədi ilə özündə saxladığını bildirib. 

Cebhe.info