Bir nəfər hamamda dəm qazından boğulub öldü

Bir nəfər hamamda dəm qazından boğulub öldü

Bakı şəhərinin Qaradağ rayonunda bir nəfər fərdi yaşayış evində dəm qazından zəhərlənib.

Daxili İşlər Nazirliyindən Cebhe.info-ya verilən məlumata görə, Caniyev Fadim Amil oğlu Qobustan qəsəbəsi, 1-ci massivdə yerləşən nömrəsiz fərdi yaşayış evinin hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı Qaradağ rayon prokurorluğunda araşdırma aparılır.

Cebhe.info