Gənc qız binadan düşərək öldü - FOTOLAR+ YENİLƏNİB
Bakının Nəsimi rayonunda intihar hadisəsi baş verib.
“Qafqazinfo”nun hadisə yerində olan əməkdaşı xəbər verir ki, bu gün saat 17:30 radələrində Əlövsət Quliyev küçəsində 22-25 yaşlı qız özünü ikimərtəbəli binanın damından atıb.
O, hadisə yerində ölüb.
Ərazi polis tərəfindən nəzarətə götürülüb.
***
Əldə etdiyimiz məlumata görə, özünü binadan atan şəxs Bayramova İlahə Səyyad qızıdır.
***
Hadisə yerinə gələn ailə üzvlərinin iddiasına görə, 32 yaşlı qadın pəncərə silərkən müvazinətini itirərək ehtiyatsızlıqdan yıxılıb.
"Cebheinfo.az"