Gəncədə iki nəfər dəm qazından zəhərlənib

Gəncədə iki nəfər dəm qazından zəhərlənib

Gəncədə iki nəfər dəm qazından zəhərlənib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində yerləşən mənzillərin birində qeydə alınıb.

1975-ci il təvəllüdlü Gülmira Yusibova və 1992-ci il təvəllüdlü Ayxan Hümbətov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

Dərhal hər iki xəstəyə yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə hər iki şəxs yaşadıqları evdə dəm qazında zəhərlənib.

"Cebhe.info"