Görədildə evdən 6 min manatlıq oğurluq olub

Görədildə evdən 6 min manatlıq oğurluq olub

Abşeron rayonunda oğurluq olub.

DİN-dən verilən xəbərə görə, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Görədil kəndindəki evlərin birindən 3000 manat pul və 3000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Göygöl rayon sakini S.İsayev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Cebhe.info