Naftalanda 35 yaşlı qadın dəm qazından boğularaq ölüb

Naftalanda 35 yaşlı qadın dəm qazından boğularaq ölüb

Naftalanda qadın dəm qazından boğularaq ölüb.

APA-nın yerli bürosunun məlumatına görə hadisə Naftalan şəhəri ərazisində qeydə alınıb.

Belə ki, 1990-cı il təvəllüldü Bahar Behbudovanın yaşadığı evdən meyiti tapılıb.

35 yaşlı qadının dəm qazından boğularaq öldüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az"