Qubada avtomobil kanala düşüb - FOTOLAR

Qubada avtomobil su kanalına düşüb.
APA-nın şimal bürosu xəbər verir ki, hadisə rayonun Zərdabi qəsəbəsi ərazisində baş verib.
Quba rayonu Bağbanlı kənd sakini Ramin İsmixanovun idarə etdiyi “VAZ 2106” markalı avtomobil körpüdən keçərkən kanala aşıb.
Sürücü xəsarət almayıb və maşından çıxa bilib. O, maşında tək olub.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Cebhe.info