Sabirabadda pambıq emalı zavodu YANDI - YENİLƏNİB

Sabirabadda pambıq zavodunda başlayan yanğının əhatə dairəsi daha da genişlənib.
Cebhe.info Report-a istinadən xəbər verir ki, rayonun Axtaçı Muğan kənd ərazisindəki pambıq emalı zavodunda yanğın hələ də davam edir.
Yanğını söndürmək məqsədilə Sabirabad, Saatlı, Şirvan, Hacıqabul rayonlarından FHN-nə məxsus 15-ə yaxın yanğınsöndürən maşın və xeyli canlı qüvvə cəlb edilib.
Buna baxmayaraq, alovun əhatə dairəsi genişlənərək ərazinin 50 faizini əhatə edib.
Hazırda yanğının söndürülməsi istiqamətində mübarizə davam etdirilir.
***
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sabirabad rayonunin Axtaçı Muğan kəndində pambıq emalı zavodunda yanğın olması barədə ilkin məlumat daxil olub.
Cebhe.info xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri davam edir.
Cebhe.info