Şəkidə 8 gün öncə evdən yıxılan uşaq ölüb

Şəkidə 8 gün öncə evdən yıxılan uşaq ölüb

Şəkidə yeni tikilməkdə olan evdən yıxılan uşaq ölüb.

Report məlumatına görə, sentyabrın 11-də Şəkinin Aşağı Göynük kəndində yeni tikilməkdə olan evin tirindən yıxılaraq xəsarət alan 2013-cü il təvəllüdlü Kənan Sadiq oğlu Eminli Bakıda müalicə aldığı Mərkəzi Klinikada vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Cebhe.info