Sirkə turşusundan zəhərlənən kişi xəstəxanada ölüb

Sirkə turşusundan zəhərlənən kişi xəstəxanada ölüb

Bir ay əvvəl sirkə turşusundan zəhərlənən kişi xəstəxanada ölüb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, Oğuz rayonunun Qumlaq kənd sakini 1986-cı il təvəllüdlü Rəhman Bəxtiyar oğlu Hacıyev Bakı şəhərindəki müalicə aldığı xəstəxanada həyatını dəyişib.

Qeyd edək ki, 37 yaşlı R. Hacıyev noyabr ayının 5-i ehtiyatsızlıqdan sirkə turşusu içərək zəhərlənmidi. R. Hacıyevin müayinə və müalicəsini davam etdirmək üçün Bakı şəhərinə göndərilmişdi.

Faktla bağlı araşdırma aparılır.

Cebhe.info