Sumqayıtda “Priusun” vurduğu qadın ölüb

Sumqayıtda “Priusun” vurduğu qadın ölüb

Sumqayıt şəhərində yol qəzası zamanı bir qadın ölüb.

APA xəbər verir ki, hadisə 10-cu məhəllədə baş verib.

1968-ci il təvəllüdlü Tükəzban Süleyman qızı Məmmədovanı ötən gün “Toyota Prius” markalı maşın vurub.

Xəstəxanaya çatdırılan piyada həkimlərin müdaxilələrinə baxmayaraq, bu gün ölüb.

Fakt araşdırılır

Cebhe.info