Ucarda yol qəzasında 4 nəfər xəsarət alıb

Ucarda yol qəzasında 4 nəfər xəsarət alıb

Ucarda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saatlarında rayonun H. Əliyev prospektində qeydə alınıb. "VAZ-21010" markalı minik maşını ilə "Saipa" markalı maşın toqquşub.

Nəticədə 4 nəfər Ucar rayon sakini - 2006-cı il təvəllüdlü Lətifov ülvi Şüküroviç, 2005-ci il təvəllüdlü Elton Aydın oğlu Abbasov, 2006-cı il təvəllüdlü Aydın Güləhməd oğlu Məmmədov və 2006-cı il təvəllüdlü Mirmövsüm Mircəlal oğlu Mövsümov müxtəlif xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

M. Mövsümovun vəziyyəti ağır olduğundan o, Bakıdakı xəstəxanalardan birinə göndərilib.

Fakt araşdırılır.

Cebhe.info