Vətəndaşlardan 5 avtomat: 18 tüfəng götürülü

Ötən gün vətəndaşlardan 5 avtomat, 18 tüfəng götürülüb.
Daxili İşlər Nazirliyindən Cebhe.info-ya verilən məlumata görə, polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5 ədəd avtomat, 6 patron darağı, 2120 ədəd müxtəlif çaplı patron və 18 ədəd müxtəlif markalı ov tüfəngi təhvil götürüblər.
Keçirilən əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 3 tüfəng və 18 ədəd patron aşkar edilərək götürülüb.
Cebhe.info