Zaqatalada 3,5 ton narkotik tərkibli bitki məhv edilib
Zaqatalada 3,5 ton narkotik tərkibli bitki məhv edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan Cebhe.info-ya verilən məlumata görə, Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayon ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.
Keçirilən tədbir zamanı Sumaylı kəndi ərazisində yabanı halda bitən, ümumi çəkisi 3 ton 500 kiloqram olan 5094 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.
Cebhe.info