17 yaşadək futbolçular arasında dünya çempionatında finalçılar müəyyənləşib

17 yaşadək futbolçular arasında dünya çempionatında finalçılar müəyyənləşib

İndoneziyada keçirilən 17 yaşadək oğlan futbolçular arasında dünya çempionatında finalçılar müəyyənləşib.

Almaniya və Fransanın U-17 milliləri həlledici qarşılaşmaya vəsiqə qazanıblar.

Bundestim yarımfinalda Argentinaya (3:3, penaltilər seriyasında 4:3), Fransa isə Maliyə (2:1) qalib gəlib.

Qeyd edək ki, final qarşılaşması dekabrın 2-də baş tutacaq.

Cebhe.info